...

Azərbaycan ilin sonuna qədər Fitch agentliyindən yeni reytinq almaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2006 17:03 (UTC +04:00)

Azərbaycan ilin sonuna qədər "Fitch" beynəlxalq reytinq agentliyindən yeni reytinq almaq niyyətindədir. Trend xəbər verir ki, bu barədə Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, gələn həftə o, reytenqin təqdimatının sürətləndirilməsi məsələsi ilə bağlı Londonda agentliyin nümayəndələri ilə danışıqlar aparacaq. Reytinqin alınması 2007-ci ildə avrobondun emitasiyasına imkan verəcək. İki agentliyin "Fitch" və "Moody`s" -in reytinqinin əldə edilməsi isə bunu daha səmərəli və daha aşağı vəsaitlə etməyə imkan verəcək.

O bildirib: "Biz investisiya kredit reytinqini almaq istərdik, lakin bu yalnız bizdən yox, həm də "Fitch" agentliyindən asılıdır. Azərbaycan investisiya reytinqi və yaxud bir pillə aşağı reytinqi almaq fikrindədir"

"Moody's Investor Services" tərəfindən sentyabrın 14-də Azərbaycan üçün elan olunmuş suveren reytinq "Fitch Ratings" versiyası üzrə reytinqdən bir pillə yuxarı, investisiya səviyyəsindən isə bir pillə aşağıdır. "Moody's" agentliyinə görə, ölkəyə Ba1 səviyyəsində reytinq təqdim olunub.

Xəbər lenti

Xəbər lenti