...

QKDK "Kovser Bank"ın emissiya aksiyasını qeydiyyata alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Dekabr 2006 21:00 (UTC +04:00)

Qiymətli kağızlar üzrə dövlət komitəsi "Kovser Bank" ASC-in adi, adsız, sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Bakı birja fonduna istinadən Trend in verdiyi xəbərə görə, emissiyanın həcmi 3,6 mln. AZNdir. Bir səhmin nominal dəyəri 200AZN səviyyəsində müəyyənləşdirilib. Emissiya prospektinə görə, yerəlşdirmə Bakı Birja fondunda kütləvi təklif üsulu ilə keçiriləcək.səhmlərin yerləşdirilməsində anerayter rolunda "Standart Capital" MMC çıxış edəcək. Bu gün "Kovser bank"ın kapitalı 5 mln. manatdır. AMB-nın qoyduğu normativ tələblərinə çatmaq üçün rəhbərlik səhm qoymaq istəyənlərlə danışıqlar aparır. Bu barədə Trendə bankın idarə heyətinin sədri Heydər İbrahimov xəbər verib. "Arzu edənlər çoxdur, amma biz hamını qəbul edə bilmərik və istəyirik i, dünyadakı məhşur islam institutları bizim aksionerlərimiz olsunlar. Amma 2007-ci il yanvarın 1-dək 8,2 mln AZNə qədər yığılmış kapitalın çatdırılması ilə bağlı problem olmayacaq"- H.İbrahimov hesab edib.

Xəbər lenti

Xəbər lenti