...

Azərbaycan şərtlərin sadələşdirilməsi hesabına Dövlət istriqazlarına fiziki şəxsləri cəlb etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2006 10:14 (UTC +04:00)

2007-ci ildən etibarən Maliyyə Nazirliyi satışı dayandırılmış uduşlu dövlət istriqazlarının əvəzinə yeni dövlət istriqazları buraxmaq niyyətindədir. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov məlumat verib.

Nazirin sözlərinə görə, uduşlu dövlət istriqazlarının buraxılması köhnə metoddur. Bu metodun səmərəsiz olduğunu düşünərək bu proses nazirlik tərəfindən dayandırılıb.

Lakin nazir bildirib ki, əhalinin öz vəsaitlərini dövlət qiymətli kağızlara yatırmasında Maliyyə Nazirliyi maraqlıdır. Bununla əlaqədar gələn ildən etibarən müvafiq dövlət strukturları və ilk növbədə Qiymətli kağızlar üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində müvafiq alət buraxılacaq.

Nazir əlavə edib: "Bu da istriqaz olacaq. Lakin uduş sistemi cəlbedici deyil. Bu, sovet istriqazları sisteminə oxşar köhnə bir sistemdir. Ona maraq yoxdur".

Nazir bildirib ki, 2007-ci ildə nazirlik fiziki şəxslərin marqlaraını nəzərə alaraq və prinsiplərə uyğun olaraq onların dövlət istriqazlarında iştirakı üçün böyük imkanlar yaratmaq məqsədilə əlverişli şərait yaratmaq niyyətindədir. Bunun qaydaların sadələşdirilməsi hesabına həyata keçirilməsi nəzərdə tutulur. Hal-hazırda dövlət istriqazları əsasən banklar, qiymətli kağızlar bazarları tərəfindən əldə edilir.

Xəbər lenti

Xəbər lenti