...

Mixail Saakaşvili: Qars-Axalkalaki dəmir yolu mütləq inşa ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2006 13:46 (UTC +04:00)

Qars-Axalkalaki dəmir yolunun inşası gələn il başlayacaq. Bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili Tbilisidəki Elektrovozqayırma zavodunda olarkən bildirib. "Bu yol bütün maneələrə baxmayaraq, mütləq inşa ediləcək", - deyə gürcü lideri vurğulayıb. Bu bəyanat ABŞ senatının Amerika banklarına Qars-Axalkalaki dəmir yolunun inşasına sərmayə qoymağı qadağan etdikdən sonra edilib. Politoloq Aleksandr Rondelinin Trend in Tbilisidəki xüsusi müxbirinə verdiyi xəbərə görə, bu qərar ABŞ-da erməni lobbisinin təzyiqi altında qəbul olunub.

"Bu təbiidir, belə ki, həmin dəmir yolu Ermənistanın planlarına daxil deyil və onun təhlükəsizliyini təmin etmir, çünki dəmir yolu Ermənistanın yanından ötüb keçir", - deyə Rondeli bildirib. "Lakin bu layihə ABŞ-ın köməyi olmadan həyata keçiriləcək, onun üçün pul tapılacaq, belə ki, Gürcüstan və Azərbaycanın Türkiyə ilə birbaşa dəmiryol nəqliyyatı böyük iqtisadi dividendlər gətirəcək", - deyə politoloq bildirib.

Gürcüstanın iqtisadiyyat naziri Giorgi Arveladzenin Trend in xüsusi müxbirinə verdiyi xəbərə görə, dəmir yolu "mütləq" inşa ediləcək, belə ki, bu, Gürcüstanın uzun müddətli maraqlarına daxildir.

"Əvvəlcədən layihənin həyata keçirilməsinə Amerikanın pulları qoyulmayıb, ona görə də mən bu layihənin həyata keçirilməsinə mane olacaq heç bir səbəb görmürəm", - deyə o vurğulayıb.

"Qars-Axalkalaki-Tbilisi-Bakı" dəmir yolu dəhlizi layihəsi uzunluğu 98 kilometr olan "Qars-Axalkalaki" dəmir yolu qolunun inşasını nəzərdə tutur.

Onlardan 68 kilometr Türkiyənin, 30 kilometr - Gürcüstanın payına düşür. Həmçinin "Axalkalaki-Tbilisi" dəmir yolu magistral hissəsinin yenidən qurulması planlaşdırılır. Layihənin ümumi dəyəri 420.000.000 ABŞ dolları məbləğində qiymətləndirilir. Onlardan 220.000.000 ABŞ dolları dəmir yolunun Gürcüstana aid hissəsində işlərin görülməsi üçün tələb olunur. Gürcüstan 150 000 000 ABŞ dollarını Azərbaycandan kredit şəklində alacaq.

Xəbər lenti

Xəbər lenti