...

2006-cı ildə Azərbaycanda birja hərraclarının həcmi 2004 və 2005-ci illərdəki BBVB dövriyyəsini ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2007 15:47 (UTC +04:00)

2006-cı ildə Bakı banklararası valyuta birjasında (BBVB) bütün on üç illik fəaliyyəti dövründə ən çox hərrac həcminə nail olub. Trend cümə axşamı birjanın açıqladığı press-relizə istinadən xəbər verir ki, ötən ilin yekunlarına görə birjanın ümumi dövriyyəsi 1,715 milyard manatı ötüb, bu isə dollar ekvivalentində təxminən 1,940 milyard ABŞ dolları təşkil edir. Birja hərraclarının həcmləri 2005-ci ilin dövriyyəsini 2 dəfədən çox və ya dollar ekvivalentində 1,06 milyard (885,575 milyon manat) ötüb. Beləliklə, dollar ekvivalentində BBVB dövriyyəsi 2004 və 2005-ci illərdə birja hərraclarının ümumi həcmindən çox olub.

Sazişlərin 98%-dən çoxu -1224 saziş birjanın valyuta seksiyasında qeydiyyatdan keçib, dollar ekvivalentində onların hər birinin orta həcmi 1,554 milyon dolları ötüb. Bu, 2005-ci ilin analoji göstəricisindən 2,83 dəfə çoxdur. Birjada valyuta hərraclarının orta günlük həcmi ilk dəfə 7,83 milyon ABŞ dollarını ötüb, bu isə ötən ildəkindən 2,4 dəfə çoxdur.

Hərracların birja elektron sistemində (BEST) ABŞ dolları üzrə hərracların ümumi həcmi 1682,23 milyon manat (1,902 milyard ABŞ dolları) təşkil edib, EUR/AZN və RUS/AZN vasitələri üzrə ümumilikdə 521, 83 min manat təşkil edib. 2006-cı ildə BEST sistemində cəmi 486 hərrac sessiyası keçirilib və burada bütövlükdə 35 bank iştirak edib.

Xəbər lenti

Xəbər lenti