...

Azərbaycanın Dövlət Baytarlıq xidmətinin mütəxəssisləri Masallıya ezam olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2007 19:14 (UTC +04:00)

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət baytarlıq xidmətinin mütəxəssisləri Masallıya ezam olunacaq. Trend in verdiyi xəbərə görə bu barədə Dövlət xidmətinin cümə günü yayılmış məlumatında deyilib.

Səfərin məqsədi KİV-lərdə yayılmış Masallı rayonunun Təklə kəndində xırda buynuzlu mal-qaranın tələfatı barədə məlumatları araşdırmaqdır. Heyvanlar arasında tələfatın mənbəyinin aşkar olunması ilə yanaşı, mütəxəssislər tərəfindən sonrakı laboratoriya araşdırmaları üçün nümunələr götürüləcək.

Laborator araşdırmaların nəticələri rəsmi olaraq bir neçə gün sonra elan olunacaq.

Xəbər lenti

Xəbər lenti