...

Nazir: Azərbaycan Qars-Axalkalaki-Bakı dəmiryolunun tikintisi üçün Gürcüstanı pulla təmin etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2007 16:44 (UTC +04:00)

Azərbaycan Qars-Axalkalaki-Bakı dəmiryolunun tikintisi üçün lazım olan vəsaiti Gürcüstan üçün ayırmağa hazırdır. Bu barədə Trend in Gürcüstandakı xüsusi müxbiri xəbər verir.

"Biz Gürcüstan hissəsinin tikintisi üçün lazım olan qədər vəsait verməyə hazırıq", - deyə cümə günü Tbilisidə olan Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bildirib.

O vurğulayıb ki, bugünkü danışıqların birinci raundunda tərəflər layihənin reallaşdırılması üzrə bütün məsələləri nəzərdən keçirib və "nikbin əhvaldadırlar".

Qeyd etmək lazımdır ki, əvvəl bəyan edilmiş üçtərəfli formata (Gürcüstan, Azərbaycan, Türkiyə) baxmayaraq, danışıqlar Türkiyənin nəqliyyat nazirinin iştirakı olmadan keçirilir.

Aydın olduğu kimi, danışıqlarda fasilə zamanı Türkiyə tərəfi ilə bütün məsələlər razılaşdırılıb və Binəli Yıldırımın iştirak etməsinə o qədər də ehtiyac duyulmayıb.

"Gürcüstan Dəmir Yolu" MMC-nin baş direktoru İrakli Ezuqbayın jurnalistlərə verdiyi xəbərə görə, bu mərhələdə söhbət Qars-Tiflis-Axalkalaki dəmir yolunun tikinti planının reallaşdırılması üzrə işlərin layihələndirilməsindən gedir.

"Biz, xüsusilə, üç komponenti- Marabda-Axalkalaki ərazisinin yenidən qurulması, 29 km yeni Axalkalaki - Kartsaxi yolunun tikintisi və Axalkalakidə işlək hissələr zavodunun tikintisini nəzərdən keçiririk", - deyə o qeyd edib.

Ezuqbaya vurğulayıb ki, bütün bu işlər yolun keçirmə qabiliyyətinin layihələşdirilən gücə - ildə 15 milyon tona qədər artırılması üçün zəruridir.

Maliyyələşdirmə məsələsinə gəlincə, baş direktorun hesablamalarına görə, söhbət Azərbaycanın ən azı 25 il müddətinə uzunmüddətli kredit qismində ayıracağı 220 milyon ABŞ dollarından gedir. "Hələ kreditin kimin ödəyəcəyinə qərar verilməyib, lakin işlər görüldükdən sonra yüklərin əmtəə dövriyyəsi və layihənin gəlirliliyinin özü krediti ödəyəcək", - deyə Ezuqbaya bildirib.

Yüklər isə, onun sözlərinə görə, həm Qazaxıstandan Avropaya, həm də Çindən Avropaya tədarük olunacaq.

Bu gün tərəflər həmçinin layihənin reallaşdırılması məsələlərini müzakirə ediblər.

Ziya Məmmədov və Gürcüstanın iqtisadiyyat naziri Giorgi Arveladzenin qeyd etdiyi kimi, tikinti bu ilin ikinci rübündə başlanmalıdır.

Ezuqbaya əlavə edib ki, Gürcüstan ərazisində mövcud yolun reabilitasiya işləri daha tez başlayacaq. Bütün tərəflər vurğulayıb ki, bütün layihə 2-3 il ərzində başa çatmalıdır.

Xəbər lenti

Xəbər lenti