...

Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolu layihəsi üzrə sazişin imzalanma tarixi müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2007 20:30 (UTC +04:00)

Azərbaycan, Gürcüstan və Türkiyə yanvarın 13-də, şənbə günü Tiflisdə Qars-Axalkalaki-Tiflis-Bakı dəmiryolu layihəsinin həyata keçirilməsi barədə sazişə imza atmaq niyyətindədir.

Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev cümə günü xəbər verib. Yanvarın 12-də üç ölkənin nəqliyyat nazirlərinin Tiflisdəki görüşündə saziş barədə prinsipial razılaşmalar əldə olunub. "Razılaşdırılmamış əsas məsələ qalmayıb. Hazırda sənəd üzərində hüquqçular işləyir"-deyə səfir söyləyib.

Sazişə imza atılandan sonra sənəd hər üç ölkənin rəhbərliyinə nəzərdən keçirmək və təsdiqləmək üçün təqdim olunacaq. Yanvarın 17-də Gürcüstan hökumətinin növbəti iclasda imzalanma üçün sazişi təsdiq edəcək.

Azərbaycan layihədəki 200 mln. dollar ölçüsündə öz payını tamamilə maliyyələşdirməyə hazırdır.

2006-cı ilin 13 oktyabrında Qars-Axalkalaki-Bakının həyata keçirilməsi üzrə üçtərəfli işçi qrupun Bakıda keçirdiyi iclasda Azərbaycan, Türkiyə və Gürcüstan arasında kredit razılaşması və dəmiryolu tikintisi üçün sahə ayrılması barədə Gürcüstan tərəfin öhdəlikləri sazişi layihəsi nəzərdən keçirilib. Layihə 422 mln. dolar məbləğində, infrastrukturun hesablanması ilə isə 600 mln dollar qiymətləndirilir.

ABŞ administrasiyası amerikan şirkətlərinə layihənin maliyyələşməsində iştirak etməyi qadağan edib. Qars-Axalkalaki-Bakı dəmiryolu xətti tikintisi layihəsi üzrə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli deklarasiyası 2005-ci ilin mayında Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri arasında imzalanıb.

Xəbər lenti

Xəbər lenti