...

BMT-nin kənd təsərrüfatı təşkilatı Azərbaycanda "quş qripi" səbəbindən quşların ölüm halının olmaması faktını təsdiq edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2007 11:55 (UTC +04:00)

BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatının (Food and Agriculture Organization of the United Nations) eksperti Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında dövlət baytarlıq xidmətinin Füzuli rayonunun Böyük Bəhmənli kəndində quşların kütləvi ölüm halının olmaması haqqında rəyini təsdiq edib. Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.

Əvvəl baytarlıq xidmətinin mütəxəssisləri kənddə olub və aşkar ediblər ki, nə İranla sərhəd zonada, nə də Böyük Bəhmənli kəndində quşların ölüm halı müşahidə olunmur. FAO mütəxəssisi - doktor Qolan Kiani (Gholan Kiani) təkrar olaraq kəndə gedib, onun ayrı-ayrı həyətlərində olub, toyuq, ördək, qaz və digər ev quşlarının vəziyyətini yoxlayıb, kənd sakinləri ilə danışıb.

Təşkilat nümayəndəsi həmçinin İran sərhəddinin yaxınlığındakı ərazilərin ətrafında kiçik gölləri yoxlayıb. Monitorinqlər quşların kütləvi ölüm hallarının olmamasını göstərib.

Dövlət baytarlıq xidməti əhalini bu cür yalan informasiyalara inanmamağa çağırır və qeyd edir ki, ölkə ərazisində "quş qripi"nin qarşısının alınması üzrə monitorinqlər davam etdirilir və bu günə qədər bu virus səbəbindən quşların ölüm faktı aşkar olunmayıb.

Virusun ölkəyə daxil olmasının qarşısını almaq üçün ölkənin bütün baytar sərhəd məntəqələri gücləndirilmiş rejimdə işləyir, ölkədə vəhşi quşların ovu, satışı və istifadəsinə və virusa yoluxma hallarının qeydə alındığı ölkələrdən quşçuluq məhsullarının ölkəyə gətirilməsi və istifadəsinə qoyulan qadağa qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti