Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən bazar ertəsi Trend ə bildiriblər ki, bu gün Azərbaycanda "quş qripi" ilə əlaqədar növbəti monitorinq işə başlayıb.
Bu, 2007-ci ildə ilk, 2006-cı ilin aprelindən isə sayca səkkizinci monitorinqdir.
Monitorinq tərkibinə Baytarlıq Xidməti, Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Ovçular Cəmiyyətinin nümayəndələri daxil olan xüsusi komissiya tərəfindən həyata keçirilir.
Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı ehtimal olunan ərazilərdə - Pirallahı adasında, Abşeron yarmadasında, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəranda, Milli Park və xəzər dənizi sahil boyu ərazilərdə keçiriləcək.
Monitorinq yanvarın 20-nə qədər sürəcək.
Virusun ölkə ərazisinə keçməsinin qarşısını almaq məqsədilə ölkədə vəhşi quşların ovlanması, satışı və istifadəsi, eləcə də virus qeydə alınmış ölkələrdən quş məsullarının ölkə ərazisinə gətirilməsi ilə bağlı qadağalar qüvvədə qalır.