...

2006-cı ildə Azərbaycanın nəqliyyat sektoru ilə daşınmaların həcmi rekord səviyyəyə çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2007 19:42 (UTC +04:00)

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-cı ildə Azərbaycanın nəqliyyat sektoru ilə 145,1 mln. ton müxtəlif yüklər daşınıb ki, ötən ildən 13% çoxdur. Daşınan yüklərin ümumi həcminin 58,9%-i özəl sektora aiddir. 2006-cı ildə yüklərin ümumi həcminin 51,3%-i avtomobil nəqliyatı ilə, 18,9%-i boru kəməri ilə (o cümlədən 5,5%-i Bakı-TiflisCeyhanla), 20,5 %-i dəmir yolu, 9,3%-i dəniz nəqliyyatı ilə daşınıb.

Sərnişin nəqliyyatı ilə 2006-cı ildə 1 mlrd nəfər (rekord) daşınıb ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 6,3% çoxdur.

Dəmir yolu nəqliyyatı ilə 29,6 mln tonn müxtəlif yüklər daşınıb ki, bu da 2005-ci ildən 11,9% çoxdur.

Dəniz nəqliyyatı ilə 13,5 mln. tonn müxtəlif yüklər daşınıb. Bu 2005-ci ildən 1,3% çoxdur. Daşınan yüklərin ümumi həcmindən 69,5%-i neft və neft məhsullarının, qalan 30,5%-i quru yüklərin payına düşür. 99,8%-i beynəlxalq əməliyyatların payına düşür. Sərnişindaşıma həcmi 3,4% artıb.

Azərbaycan limanlarında emal olunmuş yüklərin həcmi 2006-cı ildə 6 mln. tonn təşkil edib. bu, 2005-ci ilin analoji dövründən 5,6% çoxdur. Emal olunmuş yüklərin ümumi həcminin 83,3%-i 4,7% artmış tranzit yüklərin, payına düşür. Bununla belə, idxal olunmuş yüklərin ümumi həcmi 3,3% azalıb, ixrac olunan yüklərin həcmi isə 18,4%yüksəlib.

2006-cı ildə Bakı liamnına 505 gəmi gəlib ki, onun 452-i yük boşaldıb, 53-ü isə yüklənib.

Avtomobil nəqliyyatı ilə 74,4 mln tonn yük daşınıb ki, bu 2005-ci ildən 7% çoxdur. Sərnişindaşımanın həcmi 895 mln adam (5,8% artıb) təşkil edib. 1996-cı ildən avtomobillə yükdaşınmanın həcmi 5,5 dəfə artıb. Avtonəqliyyatın sayının illik yüksəlməsi davam edib. 2003-cü ildə avtonəqliyyat vasitələri 40,9 min, 2004-cü ildə 43 min, 2005-ci ildə 58,3 min artıb. 2006-cı ildə bu göstərici 77,9 min avtomobilədək yüksəlib. Bu hesabla hər min nəfərə düşən avtomobil 1,5 dəfə artıb və 81 avtomobilə çatıb. Avatomobillərin beşdə dördü minik maşınlarının, 14,1%-i yük maşınlarının, 4%-i avtobusların, qalan hissəsi xüsusi və digər avtomobillərin payına düşüb. Metropolitenlə sərnişindaşımanın həcmi 9,6% artıb. Sərnişinlərin hava nəqliyyatı ilə daşınması 10,3% artıb və 1,3 mln. nəfər olub. Bu növ sərnişindaşımanın 5,7%-i qeyri-dövlət sektoruna aiddir. Yanvar-noyabrda Avroasiya nəqliyyat koridoru ilə Azərbaycan ərazisindən 43,7 mln. tonn daşınıb ki, bu ötən ilin yanvar-noyabrından 5,3 % çoxdur. 10 il ərzində Azərbaycanın nəqliyy
at sektorunda yük daşınmaları həcmi:

İl

l

Yük daşınma həcmi min tonla

daşınma həcmi min tonla

1996

41331

1997

46348

1998

55029

1999

67735

2000

80180

2001

92648

2002

98445

2003

110001

2004

117314

2005

128328

2006

145078

Xəbər lenti

Xəbər lenti