...

AZAL aviabiletlərin qiymətinin əvvəlki səviyyədə saxlanıldığını bəyan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2007 19:45 (UTC +04:00)

"Azərbaycan hava yolları" milli aviaşirkəti həyata keçirilən reyslərin heç birində biletlərin qiymətini dəyişməyib. Bu barədə Trend ə bazar ertəsi AZAL Dövlət Konserninin idarə rəhbəri Məhərrəm Səfərli xəbər verib.

Onun sözlərinə görə, Bakı-Moskva-Bakı, Bakı-Tiflis-Bakı reyslərində biletlərin qiymətində dəyişikliklər olunması barədə məlumat yanlışdır.

AZAL-ın baş direktor müavini Sabir İlyasovun Trend ə əvvəl xəbər verdiyi kimi, AZAL Azərbaycanın daxili bazarında reaktiv yanacağın qiymətinin qalxmasına görə, biletlərin qiymətini dəyişməyəcək.

Onun sözlərinə görə, hazırda bilet və yanacaq satışında mükəmməl sistem var və bu tarifləri dəyişməz saxlamağa imkan verir.

"Mövsüm güzəştlərinin və başqa göstəricilərin daxil olduğu dəyişkən tarif sistemini qəbul etməklə, Dövlət Konserni tarifləri qaldırmamağa imkan verən mükəmməl sistem əldə edir"-deyə Sabir İlyasov söyləyib.

Xəbər lenti

Xəbər lenti