...

Milli Məclisin komissiya sədri: "Minimum əmək haqqları və pensiyaların baza hissəsi bir neçə aydan sonra yenidən artırıla bilər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2007 20:30 (UTC +04:00)

"Minimum əmək haqqları və pensiyaların baza hissəsi bir neçə aydan sonra yenidən artırıla bilər." Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli bildirib.

Onun sözlərinə görə, bir neçə aydan sonra bu məsələyə yenidən qayıdılması mümkündür. "Dövlətin imkanları günü-gündən genişlənir. Enerji daşıyıcılarının, kommunal xidmətlərin və sərnişin daşımalırının qiymətlərinin artırılması nəticəsində dövlət büdcəsinə 200 milyon manat əlavə vəsait daxil olacaq. Bundan başqa neft satışından əldə olunan gəlir artır. Bütün bunlar minimum əmək haqlarının və pensiyaların baza hissəsini artırılmasının mümkün edir", - deyə komissiya sədri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti