...

Agrolizing ASC-nin yeni rəhbəri təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2007 19:15 (UTC +04:00)

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Agrolizing açıq tipli Səhmdar Cəmiyyətində kadr dəyişiklikləri aparılır.

Nazirliyin mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, bu dəyişikliklər Səhmdar Cəmiyyətin idarə sədrinə də aid olub. Bu gündən rəhbər vəzifəsində Tariyel Rəsulovu Əli Bayramov əvəz edəcək.

Agrolizing ASC 2004-cü ilin 23 oktyabrında Azərbaycan prezildenti İlham Əliyevin sərəncamı ilə yaradılıb.

Müəssisənin fəaliyyəti aqrar sahənin yaxşılaşdırılmasına və yerli torpaq sahiblərinə müxtəlif kənd təsərrüfatı texnikasını lizinq yolu ilə verməklə və satınalmaqla ölkədə sahibkarlığı dəstəkləməkdir. ASC-nin kapitalı

50 mln yeni manata yaxındır.

Xəbər lenti

Xəbər lenti