...

AMMB 11 filialın açılması üçün AMB-nin icazəsini alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2007 16:07 (UTC +04:00)

Azərbaycan Milli Bankı 24 yanvar 2007-ci il tarixində Səbail filialının açılması üçün Azərbaycan mikromaliyyələşdirmə bankına lisenziya verib.

Trend mikromaliyyələşdirmə bankının yaydığı press-relizə istinadən xəbər verir ki, yeni filial Bakının mərkəzin, Malakan Bağı yaxınlığında, Rəsul Rza 15 ünvanında yerləşir.

Yeni filialın açılışına qədər Bakının ərazisində artıq altı filial ("Mərkəzi", "20 Yanvar", "Xalqlar Dostluğu", "Aeroport", "Azadlıq", "Elmlər Akademiyası") və bölgələrdə dörd filial (Sumqayıt, Gəncə, Şəki, Lənkəran) fəaliyyət göstərib. Yeni filialın açılışı ilə onların sayı on birə çatıb və planda bu il daha iki filialın açılması durur.

"Daha bir filialın açılışı bizim filial şəbəkəmizin artırılması və əhaliyə keyfiyyətli bank xidmətlərinin göstərilməsi üzrə planlı işdir. Yeni filial Bakının mərkəzində yerləşir və riteyl filial kimi fəaliyyət göstərəcək, yəni əməliyyat xidmətlərinin bütün spektrini təqdim edəcək: həm Azərbaycanın daxilində, həm də xaricdə pulların sürətli köçürülməsi, cari hesabların açılması və VİSA plastik kartlarına xidmət göstərilməsi, depozitlərlə iş və s. Bir yenilik də var ki, indi bizim bankın xidmətlərindən şənbə günü də istifadə etmək mümkün olacaq", - deyə baş menecer Endryu Pospiyelovski bildirib.

AMMB beş təsisçinin: AYİB, BMK, QTİB, KWF və LFS Financial Systems GmbH Almaniya konsaltinq firmasının mülkiyyətidir.

Xəbər lenti

Xəbər lenti