...

Səfir: Fransa iqtisadiyyatın bütün sahələrində Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2007 16:33 (UTC +04:00)

Fransa iqtisadiyyatın bütün sahələrində Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Bernar Dyu Şafo bildirib.

Onun sözlərinə görə, ətraf mühitin mühafizəsi, aeronavtika, dəmiryolu əlaqəsi, infrastruktur, tikinti, mülkü müdafiə, qida sənayesi, bank sahəsində ixtisaslaşmış aparıcı fransız şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdırlar.

Səfir qeyd edib ki, bu imkanlar Azərbaycan prezidentinin yanvarın 29-31-də Fransaya gözlənilən səfəri çərçivəsində fransız şirkətləri nümayəndələri ilə görüşdə diqqət mərkəzində duracaq.

Diplomat bildirib ki, iki ölkə arasında 2006-cı ilin 9 ayının nəticələrinə görə mal dövriyyəsi 600 mln. avro təşkil edib, ilin nəticələrinə görə isə bu göstəricini 800 mln. avroya qədər yüksəldilməsi proqnozlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti