...

Azərbaycanda "quş qripi" xəbərdarlığı üzrə növbəti monitorinq başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2007 17:50 (UTC +04:00)

Bu gün Azərbaycanda növbəti- 2007-ci ildə ikinci "quş qripi" xəbərdarlığı üzrə monitorinq başlayıb. Trend in Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq xidmətinə istinadən verdiyi xəbərə görə, monitorinq tərkibinə Dövlət xidmətinin, ekologiya və təbii sərvətlər nazirliyinin, səhiyyə nazirliyinin, həmçinin ovçular cəmiyyətinin mütəxəssislərinin daxil olduğu xüsusi komissiya tərəfindən keçirilir.

Monitorinq köçəri quşların müvəqqəti yaşaması ehtimal edilən yerlərdə - Pirallahı adasında, Abşeron yarımadasında, Dəvəçidə, Salyanda, Ağcabədidə və Lənkəranda, Milli parkların ərazisində, Xəzər sahil zolağında keçirilir. Bundan əlavə quşlardan və quşçuluq və şəxsi təsərrüfatlardan patoloji nümunələr götürüləcək.

Virusa yoluxma hallarının qarşısını almaq üçün ölkədə bütün sərhəd baytarlıq məntəqələri gücləndirilmiş iş rejimində işləyir, vəhşi quşların ölkədə istifadəsinə, ovlanmasına, satışına və ölkəyə virusa yoluxma halları qeydə alınan ölkələrdən quş və quş məhsullarının gətirilməsinə qoyulan qadağa qüvvədə olaraq qalır.

Xəbər lenti

Xəbər lenti