...

Bakıda "Toyota Corolla"nın 10-cu yeni modifikasiyasının təqdimatı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2007 11:54 (UTC +04:00)
Bakıda "Toyota Corolla"nın 10-cu yeni modifikasiyasının təqdimatı keçirilib

Bakıda "Toyota Corolla"nın 10-cu yeni modifikasiyasının təqdimatı keçirilib. Trend xəbər verir ki, avtomobilin təqdimatı "Toyota Center Baku" diler mərkəzində keçirilib.

"Toyota" şirkəti "bir sinif yüksək" mövqeyindən avtomobili nümayiş etdirib. Yeni avtomobildə salon daha da genişləndirilib və rahatlıq daha yüksək təmin edilib, mühərriklərin və ötürmə sistemlərinin böyük seçimi təqdim edilir.

Yeni "Corolla" əvvəlki modifikasiyaların ənənəsini davam etdirir. "Corolla" 16 ölkədə istehsal edilir və 140 ölkədə satılır. Azərbaycana Takaoka (Yaponiya) zavodunda istehsal edilən avtomobil gətiriləcək.

Xəbər lenti

Xəbər lenti