...

Fitch: Azərbaycanın suveren reytinqlərinin artmasının səbəbi iqtisadi artımın yüksək olmasıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 13:02 (UTC +04:00)

"Fitch tərəfindən Azərbaycanın suveren reytinqlərinin artırılmasının səbəbi iqtisadi artımın yüksək və sabit olması, dövlət və xarici borc göstəricilərinin aşağı omlası və neft və qaz hasilatının hasilatının sürətlə arması fonunda cari əməliyyatlar hesabının müsbət saldosunun artmasıdır", - deyə Fitch-in Londondakı suveren reytinqlər üzrə analitik qrupda direktoru Deyvid Xeslam bildirib. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Fitch Ratings beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasının xarici və milli valyutada defolt emitent reytinqini (DER) BB səviyyəsindən BB+ qaldırıb. DER üzrə proqnoz- "sabitdir". Ölkə tavanı reytinqi həmçinin BB səviyyəsindən BB+ qaldırılıb. Xarici valyutada qısamüddətli reytinq B səviyyəsində təsdiq edilib.

Fitch-in qiymətləndirmələrinə görə, ölkə 9% ÜDM həcmində dövlət borcu üzrə xarici netto-kreditordur. Azərbaycanın xarici borcü yalnız 20% ÜDM səviyyəsində BB kateqoriyalı reytinqi olan ölkələr arasında aşağıdan ikinci sətirdədir. Azərbaycan hökumətinin neft-qaz layihələrindən gəlirdə payı, eləcə də tranzit ödənişlər və akrlar üzrə ödəmələr (müqavilə ərazisindən istifadəyə görə karbohidrogen resurslarının mənimsənilməsi ilə bağlı investorlardan tərəfindən ödənilən) 2007-ci ilin yanvar ayında aktivləri 1,45 mlrd. dollar (və ya təxminən 6% ÜDM) təşkil edən Azərbaycan Dövlət Neft Fondunda toplanırlar.

Xəbər lenti

Xəbər lenti