...

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi bir sıra müəssisələrin lisenziyasını ləğv edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 16:02 (UTC +04:00)

2006-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi 3 fiziki və hüquqi şəxsin işindəki çatışmazlıqlar səbəbindən onların lisenziyasını ləğv edib. Bu barədə Trend kənd təsərrüfatı naziri İsmət Abbasova istinadən xəbər verir.

Spirtli içki və tütün məmulatlarının istehsalı və idxalı üzrə 22 hüquqi və fiziki şəxsin fəaliyyəti dayandırılıb.

Ötən il spirtli içkilərin və başqa ərzaqların keyfiyyətinə nəzarət üzrə tədbirlər gücləndirilib. Belə ki, məhsulların keyfiyyətini aşkar etmək üçün müvafiq müasir avadanlıqlarla təchiz olunmuş mərkəzi təcrübə stansiyası yaradılıb.

Onun sözlərinə görə, bu dövr ərzində 22 - ixrac üzrə - 19, spirtli içkilərin istehsalı üzrə - 3 müəssisənin fəaliyyəti dayandırılıb.

Bu dövr ərzində müəssisələrinin özünün müraciətinə əsasən iki şirkətin lisenziyası ləğv olunub.

Keyfiyyət göstəricilərinə dövlət nəzarətinin təkmilləşdirilməsi məqsədilə spirtli içki və tütün məmulatlarının istehsalı, idxalı və satışı üçün xüsusi icazələrin verilməsi üçün Nazirlər Kabinetinin təsdiq etdiyi əlavə şərtlərə əsasən, əgər illik hazırlanma həcmi ən azı 100 min dkl-dirsə, müəssisə qida üçün nəzərdə tutulmuş etil spirtinin (tərkibində 80%-dən az spirt konsentratı olmalıdır), konyak spirtinin (üzümdən, ən azı 5 min dkl.), xammal spirtinin (üzüm və başqa meyvələrdən, 20 min dkl), arağın (100 min dkl.), şərabların (üzüm və meyvələrdən, 20 min dkl.), brendi (10 min dkl.), liker və ən azı 28% spirtin olduğu spirtli içkilərin (30 min dkl.), şampan şərablarının (150 min dkl.) istehsalı üçün lisenziya ala bilər.

Xəbər lenti

Xəbər lenti