...

Azərbaycan quşçuluq cəmiyyəti quşçuluq məhsullarının qiymətinin kəskin aşağı düşməsi şaiyələrini təkzib edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2007 19:26 (UTC +04:00)

Azərbaycanda guya "quş qripi" virusunun yayılması ilə əlaqədar olaraq quşçuluq məhsullarının qiymətinin kəskin aşağı düşməsi şaiyəsi həqiqətə uyğun deyil. Bu barədə Trend ə Respublika Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev məlumat verilib.

"Əgər qiymətlər aşağı düşsəydi, onun aşkara çıxması üçün vaxt lazım olardı", deyə o bildirib. Virusun ölkədə yayılması ilə bağlı olan şaiyələr bu gün Kənd Təssərüfatı Nazirliyi yanında Baytarlıq Xidməti tərəfindən təkzib edilib.

2006-cı ilin sonundan etibarən Respublika Quşçuluq Cəmiyyəti İqtisadi İnkişaf Nazirliyi ilə birgə Bakıda quş məhsullarının yarmarkasını təşkil edir.

Bu günə qədər realizə olunmuş quş əti 170 tondan çox, yumurta 4 milyon ədədir.

Respublika Quşçuluq Cəmiyyətinə Mərdəkan Broyler, Siyəzən Broyler, Dəvəçi Broyler, Zira Broyler, Arco Co, İmişli Broyler, Şəmkir Broyler-lə birgə 20-dən çox müəssisə daxildir.

Xəbər lenti

Xəbər lenti