...

Moskvada MDB dəmir yolu nəqliyyatı üzrə Şuranın 45-ci yubiley iclası keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2007 14:10 (UTC +04:00)

Rusiya, Moskva /müx. Trend R.Ağayev/ Trend xəbər verir ki, çərşənbə günü Moskvada açılan MDB dəmir yolu nəqliyyatı üzrə Şuranın 45-ci yubiley iclasında Rusiya nəqliyyat naziri İqor Levitin idarələrin qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən danışıb.

Plenar iclası MDB dəmir yolu nəqliyyatı üzrə Şuranın sədri, "Rusiya dəmir yolları" ASC prezidenti Vladimir Yakunin açıb.

Onun sözlərinə görə, Şura effektli fəaliyyət göstərir ki, bu da MDB ərazilərində dəmir yolu xətlərinin fasiləsiz işini təmin edir.

V.Yakuninin fikrincə, uğurlu əməkdaşlıq mövcud olan beynəlxalq sərnişin və yük daşımalarının səmərəli işini təmin edir və birgə fəaliyyətdə müsbət dinamika yaradır.

Plenar iclasda Şuranın əvvəlki iclasının qərarlarının yerinə yetirilməsi məsələləri və 2006-cı ildə Birliyin dəmir yolu şəbəkələrinin istismar işinin nəticələri nəzərdən keçirilir.

İclasın işində ADDY idarəsi rəisi Arif Əsgərov iştirak edir.

Xəbər lenti

Xəbər lenti