...

Azərbaycan və İsrail arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2007 16:36 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycan və İsrail arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş imzalanıb Bu Saziş ölkələrarası iqtisadi əməkdaşlığa təkan verəcək.

İqtisadi İnkişaf Nazirliyinin məlumatında bildirilib ki, sənəd İsraildə 18-22 fevral tarixində İsrailə səfər etmiş Azərbaycanın İqtisadi İnkişaf naziri Heydər Babayev və İsrailin baş-naziri, xarici işlər naziri Zibi Livni arasında imzalanıb.

İqtisadi İnkişaf naziri Heydər Babayev bu ölkənin su təchizatı, informasiya texnologiyaları, bankçılıq, tikinti, kənd təsərrüfatı, neft-qaz, nəqliyyat, energetika sahələrində fəaliyyət göstərən 30-dan çox şirkətin rəhbərləri ilə də görüşüb. Görüşdə xüsusi olaraq qeyd olunub ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İsraillə ticarət dövriyyəsinin həcmi 2006-cı ildə 700 mln. ABŞ dollarından çox olub. Bununla belə, ticarət dövriyyəsində əsas yeri idxal təşkil edir. Müzakirələrdə İsrail bazarlarında Azərbaycan mənşəli mal və xidmətlərə böyük ehtiyac olduğu səslənmiş və bu sahədə hər iki ölkənin sahibkarları arasında sıx əlaqələrin qurulmasının vacibliyi qeyd olunub.

Görüşlərdə "Batiman Litvin" və "Tahal Qroup" kimi İsrail şirkətlərinin Oğuz-Qəbələ-Bakı su təchizatı layihəsinin fəal iştirakçısı olduğu qeyd olunub, İsrail sahibkarlarının Azərbaycanın cənub zonasının su təchizatı, informasiya texnologiyaları, texnoparkların, səhiyyə müəssisələrinin yaradılması sahələrində həyata keçirilən layihələrə böyük maraq göstərdiyi vurğulanıb.

Azərbaycanın İqtisadi İnkişaf naziri Heydər Babayev kənd təsərrüfatı, yeyinti sənayesi, turizm obyektlərinin tikintisi və yenidən qurulması, meliorasiya-irriqasiya sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu diqqətə çatdırmış və İsrail sahibkarlarını bu sahələrdə həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib.

Xəbər lenti

Xəbər lenti