...

Unibank əmanətlər üçün ən sərfəli faiz dərəcələri təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2007 18:08 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/ Unibank əmanətlər üçün ən sərfəli faiz dərəcələri təqdim edib. Bankı bu gün yaydığı məlumata əsasən, mart ayının 1-dən may ayının 31-nə kimi Bank əhalidən 6 ay müddətinə illik 11%-lə (əgər əmanət Azərbaycan manatı ilə həyata keçirilmişdirsə) və illik 12%-lə (əgər əmanət ABŞ dolları ilə həyata keçirilmişdirsə) əmanətlər qəbul edir. Bu aksiya "Müddətli" depozit çərçivəsində keçirilir.

Bundan əlavə, "Unibank" həm də illik "Müddətli" əmanətlər üzrə faiz dərəcəsini manatla illik 13%-ə və ABŞ dolları ilə illik 14,5%-ə qədər qaldırıb.

6 ay müddətinə əmanət 12 ay müddətinə əmanət
ABŞ dolları ilə Azərbaycan manatı ilə ABŞ dolları ilə Azərbaycan manatı ilə
12% 11% 14,5% 13%

"Müddətli" əmanət açmaqla, müştəri pulsuz olaraq bankın plastik kartını əldə edirsiniz, hansına ki, faizlər hesablanırlar. Bununla yanaşı, əgər əmanətin məbləği 5000 ABŞ dollarından artıqdırsa, müştəri fərdi qaydada bizim "Unibank"-dan, əmanətin məbləğinin 50%-i ölçüsündə, kredit xəttinin alıcısı ola bilər.

Unibank həmçinin "Proqressiv" depozit üzrə faiz dərəcələrini artıraraq, aşağıdakı səviyyəyə çatdırıb.

6 ay müddətinə əmanət 12 ay müddətinə əmanət
ABŞ dolları ilə Azərbaycan manatı ilə ABŞ dolları ilə Azərbaycan manatı ilə
12% 11% 14,5% 13%
Azərbaycan manatı ilə ABŞ dolları ilə
3 aya qədər illik 4% illik 4,5%
3 aydan 6 aya qədər illik 9% illik 10%
6 aydan 9 aya qədər illik11% illik 12%
9 aydan 12 aya qədər illik 12% illik 14%
12 ay illik 13% illik 15%

"Proqressiv" əmanət çərçivəsində müştəri əmanəti vaxtından əvvəl, cərimə sanksiyaları ödəmədən götürmək və vaxt keçdikcə faiz dərəcəsinin artması şərtindən sərfəli şəkildə istifadə edə bilər.

Bundan əlavə, Unibank "Yığım" depoziti üzrə faiz dərəcəsini artıraraq, onu manatla illik 11% (+1%) ABŞ dolları ilə illik 12,5% (+ 1%) edib.

1%-lik bonus o halda ödənilir ki, müştəri hər ay depozitin əsas məbləğinə əmanət artımı həyata keçirmiş olsun. Bu zaman əmanətin faiz dərəcəsi yenidən hesablanacaq və 12% (Azərbaycan manatı ilə olan əmanətlər üçün) və ya 13,5% (ABŞ dolları ilə olan əmanətlər üçün) təşkil edəcəkdir.

2006-cı ilin nəticələrinə görə, bankda depozit portfeli əhəmiyyətli dərəcədə böyüyüb. Əhalinin etimadının yüksəlməsi təkcə depozit portfelinin həcminin kəmiyyət artımı ilə deyil, həm də artım sürətinin yüksəlməsi ilə səciyyələnir. Belə ki, əgər 2005-ci ildə bu göstərici 76% təşkil edirdisə, 2006-cı ildə depozit portfelinin artımı artıq 91,9% təşkil edib. Ümumiyyətlə isə, 2006-cı ilin nəticələrinə görə, bank tərəfindən cəlb edilmiş depozitlərin həcmi 80,49 mln. manata bərabər olub.

Xəbər lenti

Xəbər lenti