...

ADNŞ rəhbəri: Azərbaycan neft və qaz gəlirlərinin tam şəffaflığını təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2007 15:41 (UTC +04:00)
ADNŞ rəhbəri: Azərbaycan neft və qaz gəlirlərinin tam şəffaflığını təmin edib

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında dayanıqlı inkişaf üzrə Komissiyanın 15-ci sessiyasının hazırlıq iclası keçirilir. İclasda Azərbaycan Dövlət Neft Şirkətinin (ADNŞ) icraçı direktoru Şahmar Mövsümov iştirak edir.

BMT-nin bu gün yaydığı rəsmi məlumatında bildirilib ki, iclasda çıxış edən Ş.Mövsümov bəyan edib ki, bir çox dövlətlər neft, qaz və faydalı qazıntılar ehtiyatlarına malikdir, lakin onların hamısına təbiət nemətlərindən əhalinin xeyrinə istifadə etmək müyəssər olmur.

O, xatırladıb ki, təbii ehtiyatların gərəksiz idarə olunması onlarn "puç olmasına" səbəb olur və bəzən ölkəni vətəndaş münaqişəsinə sövq edir.

Ş.Mövsümov dayanıqlı inkişaf üzrə Yoxannesburqdakı Sammitdə Böyük Britaniya baş nazirinin irəli sürdüyü emal sahələrində şəffaflığın artırılması üzrə Təşəbbüs (EITI) barədə xatırladıb.

O, qeyd edib ki, bu Təşəbbüsün prinsiplərinə əsaslanaraq dövlətlər öz təbii resurslarından real gəlirlər əldə etməlidir.

"EITI-yə qoşulmuş Azərbaycan neft və qaz gəlirlərinin tam şəffalığını təmin edib. 1999-cu ildə Azərbaycanda Dövlət Neft Fondu yaradılıb, 2003-cü ildə Təşəbbüsün həyata keçirilməsi üzrə Milli Komitə təsis edilib. 2004-cü ildə Azərbaycan hökuməti yerli və xarici şirkətlərlə, həmçinin vətəndaş cəmiyyəti təşkilatları koalisiyası ilə qaz və neft şirkətləri tərəfindən əldə olunan vəsaitlərin və emal sənayesində dövlət gəlirlərinin şəffaflığında qarşılıqlı anlaşma barədə memorandum imzalayıb", deyə Ş.Mövsümov sessiya iştirakçılarını məlumatlandırıb.

Onun sözlərinə görə, ölkə yaxın 15 ildə Neft Fondunun 150 milyard dollar əldə edəcəyini gözləyir. O, əlavə edib ki, bu vəsaitlərin şəffaflığını təmin etmək və onları ölkə əhalisinin xeyrinə istifadə etmək çox vacibdir.

Komissiyanın hazırlıq iclasında milli energetika şirkətlərinin nümayəndələri və neft-qaz hasilatı sahəsindəki və bu resursların idarə olunması üzrə ekspertlər BMT Baş Katibinin yeni "Siyasət variantları və həyata keçirilmənin sürətləndirilməsi üzrə mümkün tədbirlər: dayanaqlı inkişaf məqsədlərində energetika" məruzəsini müzakirə edib. Məruzədə planetin bütün insanlarının müasir enerji daşıyıcılarından istifadə etməsinin genişləndirilməsi məsləhətləri və bu xidmətlərə olan xərclərin azaldılması öz əksini tapıb.

Neft İxracatçıları Dövlətləri Təşkilatının (OPEC) eksperti Nazan Kvabazad iclasda çıxış edərək BMT rəhbərinin bu təkliflərini dəstəkləyib. O, bəyan edib ki, inkişaf etmiş ölkələr əhalisini müasir ucuz enerji resursları ilə təmin etmədən orada sənaye inqilabı baş verə bilməz və hes bir dayanıqlı inkişafdan söhbət gedə bilməz. O, qeyd edib ki, bu gün dünyada 1,6 milyard əhalisi elektrik enerjisindən istifadə etmir, 2,4 milyard nəfər isə enerji mənbəyi kimi oduncaq və sağlamlığa ziyan olan digər təhlükəli biokütlələrdən istifadə edir.

Dayanıqlı inkişaf üzrə Komissiyanın sessiyası 30 aprel-11 may 2007-ci il tarixində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti