...

Azərbaycan yeni bərələrin alınması imkanlarına baxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Xəzər Gəmiçiliyi Aktau (Qazaxıstan) limanından Bakıya konteynerlərin daşınmasının həcmini qaldırmaq üçün yeni bərələrin alınması məsələsinə baxır. Bu barədə məlumatı çərşənbə günü Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti və iqtisadiyyatı şöbəsinin müdiri Sədrəddin Məmmədov verib.

Bu bərələrin istifadə olunması 57-58 vaqondan ibarət qatarları daşımağa imkan verəcək ki bu da konteyner daşınmasının həcmini artıracaq. Onun sözlərinə görə, indi istifadədə olan bərələr ancaq 27-28 vaqon daşımaq gücündədirlər.

Hazırda Gəmiçilikdə bərələrin alınması üçün maliyyə mənbələrinin müəyyən olunması istiqamətində iş aparılır. S.Məmmədov bu bərələrin istifadəsinin ildə orta hesabla ilkin mərhələ üçün 10 min, sonra isə 50 min ədəd konteyner daşınmasına imkan yaranacağını söyləyib. İndiki vəziyyətdə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanından ildə 500 ədəd konteyner keçir.

Qazaxıstanın nəqliyyat naziri Serik Əhmədov daha öncə Trend ə müsahibəsində Poti-Bakı-Aktau-Almatı marşrutu üzrə konteynerlərin tam gücü ilə daşınmasına müəyyən əngəllər olduğunu bildirmişdi. İlk öncə bu, Şərqi-Naxodka, Novorossiysk limanlarında konteynerlərin qaydaya salınması və yoxlanılması vaxtı ilə əlaqədardır. Bunun nəticəsi olaraq yükgöndərənlər hələ ki, yüklərini yeni marşrutla göndərməyə hazır deyillər.

Həmçinin Poti-Bakı-Aktau-Almatı marşrutu üzrə bir sıra texniki çətinliklər də mövcuddur. Bunların sırasına bir neçə dövlət sərhəddinin keçilməsi, iki dəniz keçərkən yük boşaltma, Bakı və Aktau limanları arasında fəaliyyət göstərən bərələrin gücünün zəif olmasıdır. Bərələrin qatardakı bütün vaqonları götürmək gücünə malik olmaması bizim ərazimizdən qatarların ötürülməsinə mane olur.

Bundan əlavə, Azərbaycan və Gürcüstanın dəmir yolları ilə xeyli miqdarda neft, neft məhsulları, əlvan metallar və digər məhsuların daşınması yolların boşalmasına imkan vermir.

Xəbər lenti

Xəbər lenti