...

MBask şirkətinin səhmdarları vəsaitlərin artırılması barədə qərar qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ May ayında MBask şirkətinin səhmdarlarının illik toplantısında Nizamnamə kapitalının artırılması barədə qərarın qəbul olunması planlaşdırılıb. Bu barədə şirkətin idarə heyətinin sədri Cəmil Məcidov məlumat verib.

2007-ci il üçün strateji inkişaf planı çərçivəsində şirkətin maliyyə ehtiyatının 500 min manata çatdırılması planlaşdırılıb. Bu artım Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) MBask-a daxil olması barədə razılaşmaya uyğun olacaq.

MBask Azərbaycanda AYİB-in iştirak payına malik olduğu yeganə sığorta şirkətidir. Azərbaycan şirkətinin səhmlərinin 30%-i AYİB-ə məxsusdur.

Yaxın gələcəkdə isə şirkətə xarici səhmdarların cəlb olunacağı gözlənilmir.

Hazırda şirkətin birgə vəsaitləri 3 mln. manat, ödəmə kapitalı isə 2,5 mln. manat təşkil edir.

2007-ci ilin əvvəlində isə şirkətin aktivlərinin dəyəri 6 mln. manat olub.

Xəbər lenti

Xəbər lenti