...

Bayram günlərində gündəlik quş əti yarmarkaları təşkil olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2007 20:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ İqtisadi İnkişaf Nazirliyi və Quşçular Cəmiyyətinin təşkilatçılığı ilə quş əti və yumurta satışı üzrə növbəti yarmarka martın 16-da keçiriləcək. Bu barədə məlumatı cümə axşamı İqtisadi İnkişaf Nazirliyi yayıb. Yarmarkanın təşkil olunmasında əsas məqsəd əhalinin bu məhsullara tələbatının daha dolğun ödənilməsi və qiymətlərin süni şəkildə artırılmasının qarşısının alınmasından ibarətdir. Quş əti və yumurta satışı yarmarkaları "Təzə bazar", 3-cü mikrorayon bazarı və Sabunçu bazarında təşkil ediləcək. Yarmarkaya quşçuluq təsərrüfatları tərəfindən 500 min ədədə yaxın yumurta və 22-25 ton quş ətinin çıxarılacağı gözlənilir. Alıcılara keyfiyyətli və bazar qiymətindən ucuz mallar təklif olunacaq. Novruz Bayramı ərəfəsində əhalinin qeyd olunan mallara artan tələbatını nəzərə alaraq, yarmarkaların bayram günlərində də fəaliyyət göstərməsi nəzərdə tutulur.

Bundan başqa, "Təzə bazar"dakı 6 mağazada quş əti və yumurta satışı üzrə daimi (həftənin bütün günlərində) yarmarka fəaliyyət göstərir. Sabunçu bazarında gündəlik yarmarkaların fəaliyyətə başlaması üçün işlər görülür.

Xəbər lenti

Xəbər lenti