...

Hökumət 2006-cı ildə Azərbaycanda dövlət büdcəsinin yerinə yetirilməsinin artımını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2007 16:56 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " İ.Xəlilova/2006-cı ildə Azərbaycan dövlət büdcəsinin gəlirli hissəsinin yerinə yetirilməsi 101,2 faiz təşkil edib. Bu barədə bu gün Milli Məclisdə baş nazir Artur Rəsizadə məlumat verib.

2005-ci illə müqayisədə gəlirlər 1,9 dəfə artaraq 3 881,2 mln. manat təşkil edib. Qeyri-neft sahəsindən gəlirlərin səviyyəsi 35 faiz təşkil edib.

Dövlət büdcəsinin xərcləri 2005-ci illə müqayisədə 77 faiz artaraq 3 789,7 mln. manata çatıb.

A.Rəsizadənin sözlərinə görə, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məsələsi bir daha diqqət mərkəzində olub. Ölkənin hərbi-texniki bazasının gücləndirilməsi məqsədilə dövlət büdcəsindən 640 mln. manat ayrılıb, bu da 2005-ci illə müqayisədə 2,2 dəfə çoxdur.

Büdcə xərcləri strukturuna kapital qoyuluşuna 720 mln. manat ayrılıb. Dövlət investisiyaları 5,4 dəfə artıb.

Xəbər lenti

Xəbər lenti