...

Kənd təsərrüfatı nazirinin müavini: "Azərbaycanın fitosanitariya və baytarlıq laboratoriyaları dünya standartlarına cavab vermir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2007 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xalilova / Azərbaycanada məhsulun keyfiyyətinin müəyyən olunması üzrə laboratoriyaların ekspertizası üçün martın 28-də Almaniya hökumətinin məsləhətçisi Lian O`Halmhain Bakıya gələcək. Bu barədə çərşənbə axşamı kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatılna (ÜTT) daxil olması ərəfəsində laboratoriya işinin dünya standartlarına uyğun aparılması çox vacibdir. Bunun üçün onların sayının artırılması tələb olunur.

O hesab edir ki, sərhəddə düzgün nizamlanmış laboratoriyalar yaratmaq lazımdır.

"Fəaliyyət göstərən laboratoriyalar əsas etibarilə köhnəlib və müasir standartlara cavab vermir. Onlar hətta ölkəyə maye halında idxal olunan kənd təsərrüfatı məhsullarının tərkibindəki elementləri də müəyyən edə bilmir", - deyə nazir müavini qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq ekspertlər tərəfindən keçirilən monitorinq nəticəsində Azərbaycan üçün lazım olan laboratoriyaların sayı müəyyən olunacaq.

Daha sonra isə həm sərhəd keçid məntəqələrində, həm də respublika daxilində laboratoriyaların alınması və quraşdırılması barədə qərar qəbul olunacaq. B.Əliyev sərhədlərdə ölkənin ərzaq təhlükəsizliyini təmin edəcək baytarlıq və fitosanitariya laboratoriyalarının mövcud olmasının vacibliyini bildirib.

Lian O`Halmhain treninqlər keçirəcək və laboratoriya fəaliyyətinin mükəmməlləşdirilməsi üçün məsləhətlərini verəcək.

Xəbər lenti

Xəbər lenti