...

Azal Oil yağ alınması üçün tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2007 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev / AZAL Dövlət Konserninin müəssisəsi Azal Oil aviasiyada texniki xidmət üçün yağ, həmçinin sürtkü və xüsusi məqsədli mayelərin alınması üzrə tender elan edib. Bu barədə "AZAL"-dan məlumat veriblər.

Tender nəticələrinin qiymətləndirilməsi zamanı aşağı qiymət, yüksək keyfiyyət, qısa müddət təklif edən, maliyyə vəziyyəti yaxşı olan və analoji layihələrdə iştirak etmiş şirkətlərə üstünlük veriləcək.

Tender təklifləri mayın 14-ə qədər təqdim olunmalıdır, mayın 15-də təkliflər açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti