...

FAO taxıl məhsullarının istehsalı ilə bağlı proqnozunu elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2007 16:59 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/BMT-nin Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) 2007-ci ildə taxıl məhsulları istehsalının 2 082 mln. ton həcmində olacağını proqnozlaşdırıb. Bu da ötən illə müqayisədə 4,3 faiz çoxdur. Bu barədə təşkilatın məlumatında bildirilib.

FOA-nun məlumatına əsasən, bu il bazarlara çoxlu qarğıdalı çıxarılacaq. Cənubi Afrikada artıq bu bitkinin çox böyük məhsulu yığılıb. Proqnozlara əsasən, həmçinin buğda və dən məhsulu da zəngin olacaq.

2007-ci ildə bazara 626 mln. ton buğda daxil olacaq. Düyü istehsalının artım tendensiyası saxlanacaq. FAO-ya görə, 2007-ci ildə ümumilikdə 423 mln. ton düyü yığılacaq, bu da 2006-cı ildəki göstəricidən üç milyon çoxdur.

Buna baxmayaraq, FAO mütəxəssisləri hesab edir ki, 2007-ci ildə 34 ölkə münaqişələr və pis hava şəraiti səbəbindən ərzaq çatışmazlığı ilə üzləşəcək. Söhbət əsasən Afrika qitəsi ölkələrindən gedir. Bu siyahıya quraqlıq üzündən həmçinin Azərbaycan da daxildir.

2006-cı ildə Azərbaycanda taxıl bitkilərinin istehsalı 2 mln. tonu keçib. Bu gün taxıl ərzağına tələbat 1,6 mln. ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti