...

Bakıda "Menecment və korporativ idarəetmədə ilkin təcrübə" mövzusunda forum keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2007 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ " müxbir İ.Xəlilova/ Aprelin 7-də Bakıda "Menecment və korporativ idarəetmədə ilkin təcrübə" mövzusunda forum keçiriləcək. Bu barədə Behynəlxalq Maliyyə Korporasiyasının (BMK) Azərbaycanda korporativ idarəetmə layihəsinin (ACGP) məlumatında göstərilib. Tədbir BMK layihəsi, Iqtisadi İnkişaf Nazirliyinin Azərabaycanda ixracın və investisiyaların genişləndirilməsi fondu (AZPROMO), Yaponiyanın texniki əməkdaşlıq mərkəzi və Azərbaycanın bank tədris mərkəzi tərəfindən həyata keçiriləcək.

Maliyyə korporasiyasının layihəsi Azərbaycanda korporativ idarəetmə prinsiplərinin tətbiqi ilə işləyir.

BMK və İqtisadi əlaqələr üzrə İsveçrə Dövlət Katibliyi tərəfindən təşəbbüs kimi irəli sürülən layihənin açılışı 26 yanvar 2005-ci ildə keçirilib. Layihənin həyata keçirilmə müddəti 3 il, büdcəsi isə 2,1mln. dollar müəyyən olunub. Proqram çərçivəsində BMK səhmdar cəmiyyətləri (şirkət və bank) seçir.

Seçimin meyarları isə şirkətin səhmdar cəmiyyət olması, korporativ idarəetmə strukturunun və onun inkişafına marağın olmasıdır.

ACGP korporativ idarəetmə standartlarının İqtisadi inkişaf və əməkdaşlıq təşkilatının (OECD) standartlarına uyğunlaşdırılmasına yardım edir.

Xəbər lenti

Xəbər lenti