...

Azərbaycan, Qazaxıstan və Gürcüstan nəqliyyat məsələlərini müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2007 11:57 (UTC +04:00)

Qazaxıstan,Astana/müxbir Trend K.Konırova/Mayda Aktauda Qazaxıstan-Azərbaycan-Gürcüstan üç tərəfli görüşü keçiriləcək. Görüşdə nəqliyyat məsələləri müzakirə olunacaq. Bu barədə Trend ın xüsusi müxbirinə Qazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliyindən məlumat verilib. Razılıq baş nazir Kərim Məsimovun Bakı və Tbilisiyə bu yaxınlardakı səfəri çərçivəsində əldə olunub.

Əsasən Aktau-Bakı-Poti/Batumi və Aksarayskaya-Samur-Poti/Batumi marşrutlarının rəqabət qabiliyyətinin artırılması məsələsinə, həmçinin üç dövlətin ərazisində ayrı-ayrı yük növlərinə olan nəqliyyat tariflərinin aşağı salınması məsələlərinə baxılacaq. Tərəflər yeni Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin reallaşdırılması məsələsində hər iki istiqamətdə yüklərin cəlb olunmasına şərait yaratmaq haqqında razılığa gəlib.

Tərəflər həmçinin Qazaxıstan neft hasilatı şirkətlərinin Qara dənizə birbaşa çıxışını təmin etmək məqsədilə Batumidə neft emalı zavodunun tikintisi layihəsinin reallaşdırılmasında əməkdaşlığın davam etdirilməsi haqqında razılığa gəlib. Qazaxıstan qazının Gürcüstana çatdırılması üçün iqtisadi cəhətdən məqsədyönlü sxem və marşrutların araşdırılması üzrə işlər davam etdiriləcək.

Həmçinin Potidə taxıl terminalının tikintisi layihəsinin həyata keçirilməsi üzrə konkret təkliflərin 2007-ci ilin sonuna qədər təqdim olunması barədə razılıq əldə olunub. Bundan başqa Gürcüstan tərəfi Gürcüstandan Qazaxıstana kənd təsərrüfatı məhsulları çatdırmalarının artırılması imkanlarının müzakirə edilməsini təklif edib.

Xəzər və Qara dəniz hövzələri ölkələrini əlaqələndirən yeni telekommunikasiya-informasiya dəhlizinin yaradılması üzrə təkliflərin 2007-ci ilin sonuna qədər işlənib hazırlanması barədə də razılıq əldə olunub.

Hər iki ölkənin maliyyə nazirliklərinə milli banklarla yanaşı Qazaxıstan və Gürcüstan arasında Gürcüstanın Qazaxıstan qarşısında borclarının restrukturizasiyası haqqında üç ay ərzində sazişin hazırlanması tapşırılıb. Həmçinin turizm sahəsində əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında Memorandum layihəsinin 2007-ci ilin sonuna qədər hazırlanması haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti