...

Palmali şirkətlər qrupu Türkiyədə məktəb tikəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2007 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Palmali şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov azərbaycanlıların yığcam yaşadığı Türkiyənin Altas (Ərdəhan) kəndində məktəb tikilməsi barədə qərar qəbul edib. Bu barədə şirkətdən məlumat verilib.

Məktəb layihəsində nəzərdə tutulub ki, burada yalnız Altas kəndindən deyil, həmçinin digər uzaq kəndlərdən olan uşaqlar da təhsil alsınlar. Uşaqların məktəbə gəliş-gedişi üçün Palmali 10 avtobusun ayrılmasını planlaşdırır. Palmalinin təmənnasız yardımı bununla məhdudlaşmır. Şirkət mütəmadi olaraq məktəb və burda təhsil alanların qeydinə qalacaq.

Məktəbin tikintisi ilə "Pal Insaat" məşğul olacaq. Hazırda məktəbin tikintisi üçün yer müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti