...

Naxçıvanda xarici ticarət dövriyyəsinin həcmi üç dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2007 18:46 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/müxbir Trend F.Zeynalov/Yanvar-martda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 19 xarici dövlətlə ticarət əməliyyatları aparılıb. Naxçıvan MR Dövlət Statistika Komitəsindən bazar ertəsi günü verilən məlumata görə, əməliyyatlar nəticəsində 31 mln 549 min dollar həcmində ticarət dövriyyəsi yaranıb.

2006-cı ilin mıvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmi 3,3 dəfə artıb.

Yanvar-martda ticarət dövriyyəsinin 45,5 faizi Avropa Birliyi ölkələri ilə həyata keçirilib.

Naxçıvan MR ərazisi 5,5 min kvadratkilometrdir, ölkə ərazisinin 6,4%-ni təşkil edir. 7 inzibati rayona (Babək, Şərur, Ordubad, Sədərək, Şahbuz, Culfa və Kəngərli ) bölünüb. 1995-ci ildə referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Naxçıvan MR Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onun statusu bu konstitusiya ilə müəyyən edilir. Əhalisi 380,8min nəfər, paytaxtı Naxçıvan şəhəridir.

Xəbər lenti

Xəbər lenti