...

Azərbaycanın sığorta şirkətlərinin topladığı haqq birinci rübdə ödəmələri 5 dəfə üstələyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2007 18:37 (UTC +04:00)
Azərbaycanın sığorta şirkətlərinin topladığı haqq birinci rübdə ödəmələri 5 dəfə üstələyib

Azərbaycan,Bakı/müxbir Trend /Azərbaycanın Maliyyə Nazirliyi birinci rüb ərzində sığorta şirkətlərinin haqq və ödəmələrinin yekununu elan edib.

Çərşənbə günü nazirliyin yaydığı məlumatda bildirilib ki, rübün yekunlarına əsasən, 28 mövcud şirkətin sığorta haqları 36,8 mln. manat təşkil edib. Bu da 2006-cı ilin analoji dövründən 29,4 faiz çoxdur.

Birinci rübdə həyatın sığortası üzrə haqlar 0,11 mln. manat təşkil edib (2006-cı ilin birinci rübündə 0,07 mln. manat), faizlə illik artım 57,14 faiz təşkil edib.

Sığortanın icbari növləri üzrə haqlar 2006-cı ilin birinci dövrü ilə müqayisədə (1,32 mln. manat) artıb və 3,97 mln. manat təşkil edib.

Şirkətlərin sığorta ödəmələri 6,81 mln. manat təşkil edib, bu da 2006-cı ilin analoji dövründən 43,39 faiz azdır.

Həyatın sığortalanması üzrə şirkətlərin ödəmələri birinci rübdə 0,03 mln. manat təşkil edib (2006-cı ilin birinci rübündə 0,02 mln. manat).

Sığortanın icbari növləri üzrə ödəmələr 2006-cı ilin birinci rübü ilə müqayisədə (0,51 mln. manat) 21,57 faiz artıb və 0,62 mln. manat təşkil edib.

2006-cı ilin yekunlarına əsasən, sığorta şirkətləri 88,33 mln. manat məbləğində haqq toplaya bilib. Sığorta ödəmələri 43,62 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti