...

Belarus Azərbaycana AMKODOR yol-tikinti texnikası tədarük edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2007 15:21 (UTC +04:00)
Belarus Azərbaycana AMKODOR yol-tikinti texnikası tədarük edəcək

Azərbaycan, Bakı/ Trend müxbir Ü.İsmayılova/Azərbaycan sahibkaları Belarusun tikinti və yol texnikasında maraqlıdırlar. Bu barədə çərşənbə günü Bakıda Belarus sənaye sərgisinin gedişində Belarus ticarət palantasının sədr müavini Yuri Losiski bildirib.

Losiskinin sözlərinə görə, Azərbaycana Belarusun AMKODOR yol-tikinti texnikasının tədarük olunması barədə ilkin razılıq var.

"Bu, Azərbaycandakı tikinti bumu ilə əlaqədar olaraq ən çox tələb olunan sahədir",-deyə o bildirib.

Bakıda təşkil olunan sərgidə Belarusdan tikinti sektoru məhsulları, məişət texnikası və avtomaşın təqdim edən 150-dən çox şirkət iştirak edib. Sərgi maytın 5-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti