...

Kür çayında suyun səviyyəsinin artacağı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2007 15:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Aprelin sonunda Gürcüstan ərazisində Kür çayının səviyyəsi qalxıb. Buna səbəb intensiv yağan yağışlar olub. Aprelin 29-dan mayın 2-dək Qırxkəsəmən qəsəbəsi yaxınlığında Kürün səviyyəsi 1 metr artıb və suyun maksimal məsrəfi 1450 m3/saniyə təşkil edib. Bu barədə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

Mayın 3-də suyun səviyyəsi 28 sm enib. Məsrəf göstəricisi isə 1073 m3/saniyə olub. Bu, 10 günlük normadan 50 faiz çoxdur.

Nazirlik bildirir ki, gözlənilən yağışlarla əlaqədər suyun səviyyəsi yenə qalxa bilər.

Çayın aşağı məcrasının vəziyyətinə gəldikdə isə Ekologiya Nazirliyinin məlumatına əsasən, 2006-ci ilin analoji dövrü ilə müqayisədə suyun səviyyəsi Sura məntəqəsində 1,35 m, Əli Bayramlıda 1,26 m, Bankə məntəqəsində isə 0,94 faiz azdır.

Xəbər lenti

Xəbər lenti