...

AMB rəhbəri: Azərbaycan Milli Bankı antiinflyasiya tədbirlərinin prioritetlərini müəyyən edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2007 19:25 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova, E.Hüseynli/ Azərbaycan Milli Bankı antiinflyasiya siyasətinin prioritetlərini müəyyən etməyi planlaşdırır. Bu barədə cümə axşamı AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib.

Rüstəmov hesab edir ki: "Bu gün inflyasiyanın formalaşdırılmasında monetar amillərin rolu 10 faizdən bir az artıq, həmçinin pul kütləsinin rolu 5 faizdir. Buna görə, biz öz prioritetlərimizi müəyyən etməliyik"

Onun fikrincə, 2007-ci ildə büdcə xərclərinin artırılması inflyasiyaya cüzi təsir göstərəcək. Belə ki, bu, neft gəlirləri hesabına deyil, fəaliyyətdə olan ehtiyatların, vergi və gömrük tutmalarının effektivliyinin artırılması hesabına baş verəcək.

Respublikada orta illik inflyasiya 16 faizdən bir az artıqdır, amma istehlak qiymətlərinin artım indeksi yanvar-aprel aylarında 10 faiz təşkil edib. "İnflyasiyanın artım tempinin azalması görülən stabilləşdirmə tədbirləri ilə əlaqədardır. Xüsusilə pul kütləsinin həcmini nəzarətdə saxlayırıq və çalışırıq ki, bu, milli valyutanın məzənnəsinə təsir etməsin. Bu gün konversasiya da aşağı səviyyədədir",-deyə Rüsyəmov bildirib.

Ötən ildə deflyasiya 2,5 faiz təşkil edib. Burada iki mühüm amil də nəzərə alınmalıdır - hava şəraiti və kənd təsərrüfatı məhsullarının bolluğu. Hazırda inflyasiyanın formalaşdırılmasında 1/3 hissə meyvə, tərəvəz, 50 faiz - istehlak mallarının payına düşür.

Rüstəmov ölkədə həyata keçirilən iqtisadi layihələrin inflyasiya təhlükəsini aşağı saldığını hesab edir.

Onun sözlərinə görə, makroiqtisadiyyatda stabilliyə yardım etmək üçün ölkənin neft sektorundakı inkişafda məqbul inflyasiya (birrəqəmli) olmalıdır. "Birinci rübün yekunları ilə bağlı hökumət yığıncağında Azərbaycan prezidenti makroiqtisadi stabilliyə nail olmanı ilkin amillərdən biri kimi qarşıya qoydu. Bunun əsasını isə aşağı inflyasiya təşkil edir",-deyə AMB rəhbəri qeyd edib.

Xəbər lenti

Xəbər lenti