...

"Azərpoçt"un bank funksiyaları müəssisələrinin institusional inkişafının başa çatmasından sonra genişləndiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2007 17:23 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycanın Milli Bankı (AMB) "Azərpoçt" dövlət müəssisəsinin bank funksiyalarının genişləndirilməsi məsələsinə baxmağa hazırdır. Bu barədə AMB-dən məlumat verilib. "Azərpoçt"a bank xidmətlərinin göstərilməsi üçün məhdud lisenziyanın verilməsi onun müəssisələrində institusional inkişafın başa çatdırılması və "Poçt rabitəsi haqqında" qanuna dəyişikliklərin edilməsindən sonra mümkündür.

AMB-də hesab edirlər ki, poçt müəssisələrinin institusional inkişafı üzrə tədbirlərin başa çatdırılması 2007-ci ilin sonuna təyin olunub. Qanuna əlavə və dyişikliklər də hazırlanıb və baxılması üçün Nazirlər Kabinetinə təqdim olunub.

Bütün bu şərtlərin yerinə yetirilməsindən sonra Milli Bank onun tələblərinə əsasən qiymətləndirmə aparacaq və bank lisenziyasının verilməsi haqqında qərar qəbul edəcək.

"Azərpoçt"a hesabların açılması üzrə əlavə funksiyalar, beynəlxalq ödəmə sistemləri üzrə pul köçürmələrinin həyata keçirilməsi, kommunal xidmətlərə görə ödəmələrin yığılması, valyuta mübadiləsi, əmanətlərin qəbulu və ola bilsin ki, kreditlərin verilməsi funksiyları veriləcək.

Bu gün hesabların açılması, depozitlərin qəbulu və kreditləşmədən başqa bu xidmətlərin bir çoxu "Azərpoçt"un şöbələri tərəfindən göstərilir.

"Azərpoçt"un maliyyə-bank sahəsində fəaliyyətinin genişləndirilməsi hökumətə ölkənin poçt şəbəkəsinin müasirləşdirilməsinə istiqamətlənmiş "Azərbaycanda maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində Dünya Bankı tərəfindən tövsiyə edilib. Layihə 17,5 mln. dollar məbləğində qiymətləndirilir, bunun da 12,25 mln. dolları DB-nin kredit payına düşür.

"Azərpoçt" strukturuna 59 poçtamt, iki poçt müəssisəsi, iki törəmə müəssisə, səkkiz rabitə qovşağı və 1364 poçt şöbəsi daxildir.

Xəbər lenti

Xəbər lenti