...

Ekspert: "Telefon danışıqlarının abunə haqqının artırılması Azərbaycanda inflyasiyaya əhəmiyyətli təsir göstərməyəcək"

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2007 14:14 (UTC +04:00)
Ekspert: "Telefon danışıqlarının abunə haqqının artırılması Azərbaycanda inflyasiyaya əhəmiyyətli təsir göstərməyəcək"

Azərbaycan,Bakı/ Trend /Azərbaycanın Tarif Şurasının telefon danışıqlarının abunə haqlarının artırılması barədə qərarı ölkədə inflyasiyaya əhəmiyyətli təsir göstərməyəcək. Cümə günü Trend Analitik Mərkəzin eksperti Ellada Xankişiyevanın bildirdiyinə görə, bunu Azərbaycan vətəndaşlarının telefon rabitəsinin təkmilləşdirilmiş səviyyəsinə görə ödəməsi kimi qiymətləndirmək olar.

"Telefon şəbəkəsinin elektronlaşdırılması, xətlərin yenidən qurulması, internetə qoşulmağa görə telefon xəttindən istifadə üçün ödəmənin ləğvi və digər keyfiyyətli işlər əhalinin telefon xidmətlərindən istifadəsini yüngülləşdirib" - deyə o bildirib. Abunə haqqının artırılmasının əvəzi olaraq şəhərlərarası danışıqlara görə ödəmə aşağı salınıb.

Lakin onun sözlərinə görə, telefon danışıqlarına görə aylıq ödəmə dəyərinin artırılması faktorunun ölkədə qiymət artımına təsir edəcəyini tamamilə istisna etmək olmaz.

"İlk növbədə ona görə ki, abunə haqqının artırılması ilə bağlı olan xərclər bir çox hallarda şəhərlərarası danışıqlara görə ödəmənin azalmasından gələn dividendləri üstələyir. İkincisi, telefon danışıqlarına görə abunə haqqı xərcləri Azərbaycanda istehsal olunan məhsulların maya dəyərinin formalaşmasında sonuncu yeri tutmur" - deyə ekspert bildirib.

İyunun 1-dən telefon danışıqlarına olan aylıq abunə haqqı hazırkı 0,7 manatdan 2 manatadək artırılacaq. Bunun əvəzində, respublika daxilində şəhərlərarası danışıqlara görə ödəmələr bir dəqiqəyə görə 0,09 manatdan 0,07 manata endirilib.

Bütün kateqoriyalardan olan abunəçilər üçün beynəlxalq telefon danışıqlarına olan tariflər də həmçinin aşağı salınıb:

- MDB və Baltikyanı ölkələrə zənglər 0,45 manatdan 0,36 manatadək;

- İran, Türkiyə, Pakistan - 0,54 manatdan 0,45 manatadək;

- Avropa ölkələri - 0,72 manatdan 0,54 manatadək;

- ABŞ və digər dövlətlər - 0,9 manatdan 0,54 manatadək.

Xəbər lenti

Xəbər lenti