Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Mayın 24-ü Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olması çərçivəsində ikitərəfli danışıqlar günü kimi müəyyən olunub. Bu barədə məlumatı cümə günü danışıqlar qrupundan veriblər.
Azərbaycan danışıqlar qrupuna xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edir. Nümayəndə heyətinin tərkibinə Dövlət Gömrük Komitəsi, Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinin nümayəndələri daxildir.
Aİ ilə danışıqlarda əsasən əmtəə və xidmətlərin şərtləri müzakirə olunur. "İndiyə qədər ümumi razılıq olub, amma ikitərəfli danışıqlar zamanı Avropa İttifaqını maraqlandıran məsələlərlə bağlı konkret müzakirələr olacaq",-deyə danışıqlar qrupundan bildirilib.
Bu gün Oman, Gürcüstan və Moldova ilə danışıqlar başa çatıb.