...

Sahibkarlar xaricdə Azərbaycan şərabına böyük tələbat olduğunu qeyd edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ " müxbir S.Babayeva/ Naiq K° korporasiyasına daxil olan Azərbaycanın Tovuz-Baltiya LTD şərabçılıq şirkəti xaricdən olan yüksək tələbatla əlaqədar 2007-ci ildə məhsul istehsalını 70 faiz artırmaq niyyətindədir. Bunu şirkətin baş direktoru Naiq Məmmədhəsənov bildirib.

Onun sözlərinə görə, müəssisə Yaponiya, Baltikyanı ölkələr, Rusiya və Ukrayna da daxil olmaqla dünyanın 17 ölkəsinə şərab və konyak satır.

"Azərbaycan hökmətinin şərabçılığın inkişafı sahəsində keçirdiyi islahatlarla yanaşı, demək olar inhisarçılıqla məşğul olan Moldova və Gürcüstan istehsalçılarının Rusiya bazarından çıxması da bu sahənin inkişafına müsbət təsir göstərib. Bu gün bizim məhsulumuza Rusiya bazarında böyük tələbat var", - deyə müəssisə rəhbəri söyləyib.

Məmmədhəsnov bildirib ki, bu ilin 4 ayı ərzində məhsul istehsalı 2006-cı ilin eyni dövrü ilə müqayisədə 25 faiz artıb. Tovuz-Baltiya LTD 1989-cu ilin dekabrında yaradılıb. SSRİ dağıldıqdan sonra Tovuz üzüm istehsalı kooperativi şərəbçılıq məhsulları və konyak istehsal edən ilk özəl zavod olub. 1993-cü ilin martından isə şirkət rəsmi olaraq "Tovuz-Baltiya" LTD adı altında qeydiyyatdan keçib.

Şirkətin gündəlik 1000 d/l konyak spirti istehsal etmək gücünə malik zavodu və 65 ha üzüm sahəsi (burada konyak spirti və şərəbçılıq məhsulu istehsalı üçün Rekasiteli, Qold-Rislinq, Bayan-Şire, Uni-Blan, Şardonne və Kabirne-Savinon kimi xüsusi növlər yetişdirilir) var. Texniki üzüm sortları yetişdirilən 265 ha ərazini isə fermerlər icarəyə götürür.

Xəbər lenti

Xəbər lenti