...

Azərbaycan İnvestisiya Şirkəti strateji investorlarla Azərbaycanda layihələrin birgə maliyyələşdirilməsi perspektilvlərini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2007 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Xəlilova / "Azərbaycan İnvestisiya Şirkəti" SC Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) ilə Azərbaycanda layihələrin birgə maliyyələşdirilməsi perspektivlərini müzakirə edib. Bu barədə cümə axşamı AİŞ-in icraçı direktoru Anar Axundov məlumat verib.

"Biz məramnamə memorandumu imzalamadan hazırda hazırlıq mərhələsində olan konkret layihələri nəzərdən keçirə bilərik. Memorandumun imzalanması QTİB-lə əməkdaşlığımızda yeni addımımız olacaq", deyə Axundov bildirib.

Bank Azərbaycan layihələrinin maliyyələşdirilməsində iştirak etmək arzusunda olduğunu təsdiqləyib. QTİB kreditlərinin cəlb olunması imkanı nəzərdən keçirilən kənd təsərrüfatı, nəqliyyat və logistika sahəsinə aid layihələrlə artıq iş aparılır. Qara dəniz bankı maliyyələşdirmə üçün çərçivə müəyyən etməyib. Orta ölçülü layihələrin seçilməsini nəzərə alaraq, bankdan vəsaitlərin cəlb olunmasında problem olmamalıdır.

Qara dəniz bankı ilə görüş Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 19-21 may tarixdə Kazanda keçirilmiş illik iclası çərçivəsində baş tutub.

AİŞ rəhbərinin sözlərinə görə, danışıqlar biznes-forumda iştirak edən strateji investor qrupu ilə aparılıb. Layihələrin birgə invetisiyalaşdırılması bir daha AYİB-lə müzakirə olunub. Süd məhsulları istehsalı üzrə Azərbaycanda yeni MilkPro zavodunun tikilməsi üzrə təcrübəsini nəzərə alaraq bank bu cür əməkdaşlığa müsbət yanaşır. Bu təcrübənin genişləndirilməsi effektiv layihələrin mövcudluğundan asılıdır.

AİŞ Azərbaycan prezidenti İlham Əliyevin 30 mart 2006-cı il tarixli sərəncamı ilə yaradılıb. Onun nizamnamə kapitalı 90 mln. manat təşkil edir. AİŞ-in maksimal iştirak limiti bir layihəyə onun və ya onun törəmə strukturunun kapitalından 25 faiz səviyyəsində müəyyən olunub. Bu gün bu limit 18 mln. manat təşkil edir, lakin AİŞ-in kapitalının artması ilə bağlı dəyişəcək. AİŞ-in kapitalından hər hansı bir sahəyə 35 faizədək investisiya (31,5 mln. manat) qoyula bilər.

Xəbər lenti

Xəbər lenti