...

Azərbaycan İnvestisiya Şirkəti beynəlxalq maliyyə institutları və xarici investisiya şirkətlərini Azərbaycanın qeyri-neft layihələrində iştiraka dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2007 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend İ.Xəlilova/"Azərbaycan İnvestisiya Şirkəti" SC beynəlxalq maliyyə institutları və xarici investisiya şirkətləri ilə Azərbaycanın qeyri-neft layihələrində birgə iştirak etmək perspektivlərini müzakirə edib. Bu barədə cümə günü AİŞ-dən məlumat verilib.

Dünən onların rəhbərləri ilə görüş Vaşinqtonda Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə İnkişaf edən Bazarlara Birbaşa İnvestisiyalar Assosiasiyasının (EMPEA) birgə keçirdiyi IX Qlobal Birbaşa İnvestisiyalar Konfransı çərçivəsində keçirilib.

Bu tədbirdə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direkorunun müavini Riad Qasımov iştirak edib. Konfrans çərçivəsində Azərbaycanın investisiya potensialı və Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti, məqsədləri və imkanları barəsində geniş təqdimat olub. Bununla yanaşı, o, Azərbaycanın qeyri-neft sektorunda potensial maraqlı layihələr barədə danışıb.

Xəbər lenti

Xəbər lenti