...

Nazir müavini: "Azərbaycan ÜTT-yə qəbulla bağlı Cenevrədə danışıqlar aparmaq istəyir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2007 15:04 (UTC +04:00)
Nazir müavini: "Azərbaycan ÜTT-yə qəbulla bağlı Cenevrədə danışıqlar aparmaq istəyir"

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbulla bağlı iyunun 22-də Cenevrədə danışıqların V mərhələsinin keçirilməsi üçün təşkilatın katibliyilə danışıqlar aparır. Bu barədə çərşənbə günü danışıqlar qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

Azərbaycan təşkilata inkişaf etməkdə olan ölkə kimi daxil olmaq istəyir, amma bunun üçün təşkilatın əsas üzv ölkələri - ABŞ, Yaponiya, Kanada, Avstraliya, həmçinin Avropa İttifaqı ölkələrinin dəstəyi lazımdır.

"Biz Azərbaycana ümumilikdə inkişaf etməkdə olan ölkə statusunun verilməsi məsələsini qaldıracağıq. Amma bizim tərəfdaşlarımız bunun çətin olacağını hesab edir. Hər hansı bir sahə, məsələn kənd təsərrüfatı sahəsi müzakirə oluna bilər" - deyə Məmmədquliyev bildirib.

İndiyə qədər Azərbaycan ÜTT-yə qəbul olmaq üçün dörd dəfə danışıqlar aparıb. İlk iki görüş xarici ticarət rejimi məsələlərinə həsr olunmuşdu. Lakin 2005-ci ildən sonra keçirilən iki görüşdə isə ölkə tamhəcmli danışıqlara başlayıb. İkitərəfli danışıqlarda Azərbaycan bazarına məhsul və xidmətlərin daxil olması, çoxtərəfli məsələlər, yəni kənd təsərrüfatına daxili yardım və bu sahədə ixrac subsidiyaları üzrə müzakirələr aparılır.

Azərbaycan hələ ötən ilin sonundan danışıqların növbəti mərhələsinə hazırdır. Lakin ÜTT-yə üzv ölkələr əlavə məlumatlar istəyiblər. Yeni təkliflər qiymət, antiinhisar, gömrük, vergi siayasəti üzrə təqdim olunub.

Öz təkliflərində Azərbaycan əlverişli güzəştlərə getməyə çalışıb, belə ki xidmətlər bazarının liberallaşdırılması investisyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması üçün mühim istiqamətdir. Bununla yanaşı, liberalaşdırma daxili xidmət istehsalçısının və rəqabətin qorunmasına uyğun olmalıdır.

1997-ci ildən etibarən Azərbaycan ÜTT-də müşahidəçi qismindədir.

Xəbər lenti

Xəbər lenti