...

Gürcüstanın bank sektoruna Böyük Britaniya və daha bir bir Qazaxıstan bankı gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2007 16:44 (UTC +04:00)

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi /müx. Trend N. Kirtsxalia/ "Rəqabətdən qorxun!". Belə bir müraciətlə bu gün Tbilisidə başlayan Invest in Georgian Banking konfransında Gürcüstan Milli Bankının prezidenti Roman Qotsiridze çıxış edib.

O qeyd edib ki, bu gün Gürcüstanın bank sektorunda çox böyük rəqabət müşahidə olunur. Qotsiridze yüksək rəqabət və xarici bankların Gürcüstan bank sektoruna marağınının göstəricisi kimi daha iki ciddi xarici bankın Gürcüstan bazarına maraq göstərdiyi vurğulayıb. Bununla belə o, həmin bankların adların açıqlamayıb.

Trend in əldə etdiyi məlumata görə, Gürcüstan bazarına maraq göstərənlər arasında Qazaxıstanın "Xalq bankı" və Böyük Britaniyanın HSBC bankı var. Qeyd etmək lazımdır ki, Gürcüstanın bank sektorunda artıq Fransanın "Sosyete jeneral", Rusiyanın "Vneştorqbank", Qazaxıstanın "Silk roud bank", Azərbaycanın Beynəlxalq Bankı və Ukraynanın "Privatbank"ı fəaliyyət göstərir.

Trend müxbiri ilə söhbətində Gürcüstanın ən iri banklardan olan TBC-nin baş direktoru Vaxtanq Butsxrikidze bildirib ki, belə bir rəqabəti yalnız alqışlamaq lazımdır.

"Əcnəbilər bank sektorumuzla maraqlanırlar. Çünki burada böyük perspektivlər görürlər. Bu, sevindirici faktdır" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti