...

Gəncə bazarlarındakı istehlak məhsullarının təqribən yarısı istifadəyə yararsızdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2007 20:57 (UTC +04:00)

Azərbaycan, Gəncə/ " müxbir V.Məmmədov/ Gəncədə satılan ərzaq məhsullarının 40 faizdən çoxu istifadəyə yarasız vəziyyətdədəir. Bu fikri İqtisadi İnkişaf Nazirliyi yanında İtsehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Xaliq Məmmədov Gəncədə keçirdikləri monitorinq zamanı bildirib.

Onun sözlərinə görə, topdan və pərakəndə satış obyektlərində sanitar gigiyenik və ticarət qaydalarına əməl olunmur. "Monitorinq apardığımız ticarət obyektlərinin bəzilərində gəmiricilər ət məhsulu hesab olunan kolbasaları zədələyiblər. Buna baxmayaraq ticarət obyektlərinin sahibləri həmin məhsulları satışa çıxarmaqdan çəkinmirlər. Bu, nəinki sanitar qaydala əməl olunmamaqdır, bu cinayətdir",-deyə X.Məmmədov bildirib.

Nazirliyin laboratoiyasına daxil olan məhsulların təxminən 40-45 faizi texniki normativ sənədlərin tələblərinə cavab vermir. Bakıda bu rəqəm artıq 27 faizə enib, deyə xidmət rəhbəri əlavə edib.

Xəbər lenti

Xəbər lenti