...

Bakı Metropolitenində yanğın təhlükəsizliyi sisteminin yaradılması üzrə təkliflər hökumətə təqdim olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2007 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend E.Hüseynli/ Bakı Metropoliteninin yanğın təhlükəsizliyinin yenidən qurulması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) ilə danışıqlar aparılır. Bu barədə çərşənbə günü jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.

Onun sözlərinə görə, metro stansiyalarında yanğından təhlükəsizlik sisteminin yenidən qurulması üçün külli miqdarda vəsait lazımdır.

"Hazırda FHN-nin mütəxəssisləri lazım olan məbləği hesablayır və gələn ilin dövlət büdcəsindən vəsaitin ayrılması üçün hökumətə təkliflər zərfi təqdim olunacaq",-deyə o bildirib.

Əhmədov qeyd edib ki, maliyyə çətinliklərinə baxmayaraq, indidən bu istiqamətdə işlər görülür.

Bakı Metropolitenində 16 stansiya fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti